LONDONDA 20 ÖLKƏNİN NAZİRLƏRİ “BÖYÜK SƏKKİZLİY”İN TƏKLİFLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR
Forumda “böyük səkkizliy”ə daxil olan bütün ölkələrin, habelə daha 12 dövlətin – Avstraliya, Braziliya, Çin, Hindistan, İndoneziya, İran, Meksika, Nigeriya, Polşa, Cənubi Afrika Respublikası, Cənubi Koreya və İspaniyanın nümayəndələri, Beynəlxalq Enerji Agentliyinin və Dünya Bankının təmsilçiləri iştirak edəcəklər.
Böyük Britaniyanın sədrliyi ilə keçiriləcək görüş energetika və texnologiya məsələlərinə həsr olunacaqdır. Tədbirdə atmosferə az miqdarda karbon qazı buraxan iqtisadiyyatın yaradılması yolları nəzərdən keçiriləcəkdir.
Britaniyanın ətraf mühitin mühafizəsi naziri Marqaret Bekkett bildirmişdir ki, Dünya Bankı inkişaf etməkdə olan ölkələrin energetika sahəsinə irimiqyaslı sərmayələr qoyulması üçün enerji sərmayələri çərçivə proqramını təsis etmişdir. Böyük Britaniyanın ticarət və sənaye naziri Alan Consonun sözlərinə görə, dünyanın bir çox aparıcı ölkələri beynəlxalq sazişlərlə yanaşı, ətraf mühitə zərərli təsirlərin azaldılmasına dair milli səviyyədə də tədbirlər görürlər. Məsələn, Britaniya bu yaxınlarda atmosferə az karbon qazı buraxan texnologiyaların inkişafı strategiyasının gerçəkləşdirilməsinə 25 milyon funt sterlinq ayırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]