Londonda anbarda güclü yanğın: hadisə yerinə 150 yanğınsöndürən cəlb olunub
London, 25 noyabr, AZƏRTAC
Londonun qərbində yerləşən anbarda baş vermiş böyük yanğına təxminən 150 yanğınsöndürən cəlb olunub.
AZƏRTAC xəbər verir ki, London Yanğın Xidməti hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Məlumata görə, hadisə yerinə 25 yanğınsöndürmə maşını göndərilib. Yanğın Southall bölgəsində, Bridge Road ünvanında yerləşən ikimərtəbəli, anbar və pərakəndə satış sahəsindən ibarət binada baş verib.
Yanğının səbəbi hələlik məlum deyil.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]