LONDONDA YARADILAN “SARA XATUN” QADIN CƏMİYYƏTİNİN İLK TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun təsis etdiyi “Sara Xatun” Qadın Cəmiyyətinin ilk toplantısı keçirilmişdir.
Cəmiyyətin sədri Simuzər Baloğlanova bildirmişdir ki, toplantıda qurumun fəaliyyət planı müzakirə olunmuş, “Sara Xatun” Qadın Cəmiyyətinin genişlənərək Avropanın digər dövlətlərini də əhatə etməsi istiqamətində davamlı iş aparılması qərara alınmışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bu ilin yayında fəaliyyətə başlamış “Sara Xatun” Qadın Cəmiyyətinin əsas məqsədi Avropadakı azərbaycanlı ziyalı qadınları bir araya gətirmək, onların iştirakı ilə müxtəlif layihələr reallaşdırmaq və xanımları fəal ictimai fəaliyyətə cəlb etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]