“LOTOS” FƏALİYYƏT SAHƏSİNİ GENİŞLƏNDİRİR
Mərkəzin informasiya meneceri Əhməd Kərimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, təşkilatın texnoloji baxımdan yeni addımı olan virtual şəbəkə gələcəkdə mərkəzin işini təkmilləşdirməyə və fəaliyyət sahəsini genişləndirməyə imkan verəcəkdir. Layihənin mahiyyəti müxtəlif reabilitasiya mərkəzlərindən, tibb müəssisələrindən və elmi təşkilatlardan informasiya toplayan “Lotos”un yaxın vaxtlarda veb-sayt açmasından ibarətdir. Veb-sayt xəstə uşaqların anaları, tibb təşkilatları ilə mütəxəssislərin əlaqələrinin təmin olunması, qiyabi təhsillə bağlı informasiya xarakterli materiallarla təchizat, forumun təşkili, informasiya mübadiləsi kimi sahələri əhatə edəcəkdir.