Lüksemburq Hersoqu Anri hakimiyyəti oğluna təhvil verib
Bakı, 3 oktyabr, AZƏRTAC
Lüksemburqda keçirilən rəsmi mərasimdə hersoq Anri taxt-tacdan imtina edərək hakimiyyəti varisi və böyük oğlu Qiyoma təhvil verib.
AZƏRTAC xəbər verir ki, Anri Hersoqlar Sarayında taxtdan imtina etməsi barədə fərmanı imzalayıb, daha sonra sənəd ölkənin Baş naziri Lyuk Friden tərəfindən də təsdiqlənib. Yeni Hersoq Qiyom yaxın saatlarda Lüksemburqun Deputatlar Palatasında and içəcək. Qiyomun taxt-taca çıxma mərasimində Lüksemburqun yüksəkvəzifəli şəxsləri ilə yanaşı, xarici qonaqlar da iştirak ediblər. Onların arasında Belçika Kralı Filipp, Niderland Kralı Villem-Aleksandr, Avropa Parlamentinin sədri Roberta Metsola və Avropa Şurasının Prezidenti Antonio Koşta da olub.
Qeyd edək ki, 43 yaşlı Qiyom Böyük Britaniyanın “Sandherst” Kral Hərbi Akademiyasında hazırlıq keçib, Fransanın “Anje” Universitetində siyasi elmlər üzrə təhsil alıb.
Taxtdan imtina edən 70 yaşlı Anri 2000-ci ildən Lüksemburqun Hersoqu vəzifəsini icra edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]