Lüksemburqdakı vətəndaşlarımız Azərbaycanın Belçikadakı səfirliyində səs veriblər
Lüksemburq, 7 fevral, AZƏRTAC,
Azərbaycan Respublikasının növbədənkənar prezident seçkiləri ilə bağlı Lüksemburqdakı vətəndaşlarımız Belçika Krallığındakı səfirliyimizdə yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 40 saylı seçki məntəqəsində səs veriblər.
AZƏRTAC xəbər verir ki, Lüksemburq Hersoqluğunda yaşayan və ya uzunmüddətli ezamiyyədə olan 18 yaşını tamamlamış aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Belçikadakı səfirliyimizin təşkil etdiyi avtobuslarla Brüsselə gələrək səsvermə hüquqlarından istifadə ediblər.
Səsvermədə fəal iştirak edən Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları prosesin qanunvericilik çərçivəsində keçirilməsi üçün hər cür şərait yaradıldığını deyiblər, seçkinin tələblərə uyğun, demokratik, şəffaf və ədalətli şəkildə təşkil olunduğunu bildiriblər.