Lyublyana Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir
Vyana, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşən Lyublyana Universitetində Azərbaycanın Avstriyadakı səfirliyinin Lyublyana ofisinin dəstəyi, Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi və Sloveniya Ümumgənclər Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov geniş auditoriya qarşısında çıxış edərək, Xocalı həqiqətləri haqqında məlumat və faktları diqqətə çatdırmışdır. Bundan sonra qeyd edilən təşkilatların nümayəndələri də tədbirdə çıxış etmişlər.
Daha sonra tədbir iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.
Tədbirdə Sloveniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Lyublyana Universitetinin professor və müəllim heyəti, tələbələr, eləcə də Sloveniya Gənclər Təşkilatının nümayəndələri iştirak etmişlər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]