LYUDMİLA ŞVETSOVA: RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN MÖHKƏM TƏMƏLİ VAR
L.Şvetsova demişdir: “Mən məmnunam ki, İlham Əliyev dövlət başçısı seçildikdən sonra Azərbaycan Prezidenti kimi özünün ilk səfərlərindən birini Rusiya paytaxtına edir. Biz onu həm böyük və dost dövlətin rəhbəri kimi, həm də “moskvalı” kimi yaxşı tanıyırıq. Biz xatırlayır və bilirik ki, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb, sonra aspiranturada oxuyub, həmin institutda dərs deyibdir. Azərbaycan dövləti başçısının rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın bütün səviyyələrində inkişaf baxımından bizim hamımız üçün çox faydalı və əhəmiyyətli olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]