Macarıstan maska taxılması qaydalarını sərtləşdirir
Budapeşt, 3 noyabr, AZƏRTAC
Macarıstanda bu gündən başlayaraq tibbi maskalar taxılmasına dair yeni qaydalar qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, ölkə hökuməti restoranlarda və əyləncə mərkəzlərində maska taxılmasına dair tələbləri genişləndirib. Bundan sonra ictimai iaşə müəssisələrində də maska taxılması mütləq sayılacaq, maska yalnız qida və içki qəbulu zamanı çıxarıla bilər.
Hazırda maska taxılması hələ ki, yalnız mağazalarda, ictimai nəqliyyatda, kinoteatrlarda, teatrlarda, ticarət mərkəzlərində, tibb və sosial müəssisələrində, idman tədbirlərində və dövlət tədbirlərində vacib hesab edilir.
Bundan sonra 6 yaşadək uşaqlardan başqa hər kəsin maska taxması mütləqdir. Maska daim üzü və burunu örtməlidir.
Polis orqanları karantin qaydalarına riayət olunmanın pozulmasına görə 20-400 avro məbləğində cərimə tətbiq edə bilərlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]