MACARISTAN TELEVİZİYA MƏRKƏZİ QARŞISINDAKI TOQQUŞMALARDA 100-DƏN ÇOX ADAM XƏSARƏT ALMIŞDIR
Macarıstan Baş nazirinin istefası tələbi ilə keçirilərək, kütləvi iğtişaşlara çevrilən nümayişlər yerli radiostansiyalardan biri hökumətin bu il mayın axırlarında qapalı iclasında lentə alınmış yazını efirə verdikdən sonra başlanmışdır. Baş nazir Ferents Dyurçan demişdir ki, o və həmkarları “səhərdən axşamadək yalan danışmış”, ölkə iqtisadiyyatı isə “ilahi qüvvə” sayəsində dağılmamışdır. Gecə televiziya mərkəzinin qarşısına toplaşan yüzlərlə adam efirə çıxmağa imkan verilməsini tələb etmişdir. Polis onları gözyaşardıcı qaz və suatanların köməyi ilə dayandırmağa çalışmış, lakin buna baxmayaraq, onlarca adam binaya daxil ola bilmişdir.
Bi-Bi-Si xəbər verir ki, nümayişçilər televiziya mərkəzinin otaqlarını qarət etmişlər. Qalmaqallı lent yazısı aşkarlandıqdan sonra müxalifət partiyaları Baş nazirin istefasını tələb etmişlər. Prezident Laslo Şoyom Nazirlər Kabineti başçısının insanların demokratiyaya inamını qıran hərəkətlərini pisləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]