Macarıstan təmsilçisi: Biz əməkdaşlığın bütün mümkün sahələr üzrə genişləndirilməsinə tam hazırıq
Bakı, 3 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Macarıstandan gəlmiş nümayəndə heyəti olaraq Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi üzvü kimi bu əhəmiyyətli tədbirdə iştirak etmək bizim üçün böyük qürur və şərəfdir. Biz inanırıq ki, peşəkar əməkdaşlığın daha da dərinləşdirilməsi bütün üzv dövlətlər üçün qarşılıqlı faydalar yaradacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Macarıstan Respublikasının Müdafiə Nazirliyinin Zrinyi Geoinformasiya və İşə Qəbul Dəstəyi Şirkətinin baş direktoru Qabor Kulcsar deyib.
"Macarıstan bir çox sahələrdə geniş elmi bilik və zəngin praktiki təcrübəyə malikdir. Düşünürük ki, təcrübə və bilik mübadiləsi ortaq gələcəyimizin daha möhkəm və dayanıqlı şəkildə qurulması üçün ən təsirli vasitələrdən biridir. Biz əməkdaşlığın bütün mümkün sahələr üzrə genişləndirilməsinə tam hazırıq. Birgə təşəbbüslərimizə faydalı və konstruktiv töhfə verməyə böyük məmnuniyyətlə davam edəcəyik", - deyə Q.Kulcsar bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]