MACARISTANDA MÜSƏLMANLIĞI QƏBUL EDƏNLƏR ÜÇÜN QURAN AYƏLƏRİNİN TƏFSİRİ TƏRCÜMƏ OLUNMUŞDUR
Ümumiyyətlə, Macarıstanda çox da böyük olmayan müsəlman icması yerli sakinlərlə bərabər, ərəb və Asiya ölkələrindən gəlmiş immiqrantlardan ibarətdir. Bundan başqa, ölkədə ali təhsil almaq məqsədi ilə gəlmiş müsəlman tələbələr də var.
Macarıstan 1686-cı ilədək üç yüz il Osmanlı imperiyasının hökmaranlığı altında olmuşdur. O dövrün izləri indi də qalmaqdadır, həmin mərhələdə tikilmiş bir neçə məscid də var. Osmanlı imperiyası dağıldıqdan sonra ölkədə türk əhalisinin bir qismi qalmışdır. Bəzi müsəlman təşkilatlarının məlumatına görə, ölkədə müsəlmanlar 38 min nəfərdir.