Azərbaycan Dövlət İnformasiya Agentliyi

Madriddə “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” mövzusunda Avropa Forumu təşkil edilib

Madriddə “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” mövzusunda Avropa Forumu təşkil edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

İspaniyanın paytaxtı Madriddə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə” mövzusunda Avropa Forumu keçirilib.

Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfirliyindən və Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşəbbüsü, eləcə də səfirliyin birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə təşkil olunub.

Forumda İspaniyada akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, səfirlər, eləcə də bir çox beyin mərkəzləri və akademik dairələrin nümayəndələri, gənc tədqiqatçılar və tələbələr, qaçqınlar və miqrasiya məsələləri üzrə ixtisaslaşmış institut və fondların təmsilçiləri, o cümlədən mötəbər media nümayəndələri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Hibrid formatda təşkil olunmuş forumun əvvəlində dünyanın müxtəlif yerlərində baş vermiş münaqişələr səbəbindən öz evlərindən qaçqın düşmüş və məcburi deportasiyaya məruz qalmış insanların keşməkeşli həyat mübarizəsi xatırlanıb, bu zaman həlak olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxışında forumun keçirilməsinin məqsəd və məramlarını açıqlayaraq, qaçqın və məcburi köçkünlər arasında qadın və uşaqların sayının daha çox olduğunu bildirib, onların cəmiyyətdə daha çox köməyə ehtiyac duyan təbəqə olduğunu diqqətə çatdırıb.

Ölkəmizin İspaniyadakı səfiri Ramiz Həsənov çıxışında qaçqınlar mövzusunu müasir tarixin mühüm və aktual mövzularından biri kimi xarakterizə edərək, bu problemin onilliklər boyu BMT-nin və digər beynəlxalq təşkilatların ən yüksək tribunalarından səsləndiyini qeyd edib. Onun sözlərinə görə, qaçqın probleminin mürəkkəbliyi və əhəmiyyəti onun insanların həyatına və taleyinə dərin təsirindən irəli gəlir. Bu sahədə qəbul edilən hər bir qərar fərdi hekayələri birbaşa dəyişdirərək, onu diqqətlə nəzərdən keçirmə və empatiya tələb edən çox həssas və mühüm məsələyə çevirir.

Sonra diplomat Azərbaycanın müstəqilliyini bərpa etdikdən dərhal sonra öz dədə-baba torpaqlarını tərk etmək məcburiyyətində qalan bir milyona yaxın soydaşımızın ağır yükünü öz üzərinə götürmüş gənc dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən, habelə ağır sosial-iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycanın təkbaşına, öz resursları hesabına bu insanlara sistemli, ünvanlı dövlət yardımı etməsindən söz açıb.

Ramiz Həsənov, həmçinin Azərbaycanın Qarabağ bölgəsindəki cari vəziyyət, regiondakı erməni sakinlərinin reinteqrasiyası, həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri barədə iştirakçılara məlumat verib.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxışında Ermənistan və onun havadarlarının Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyasının əsassız iddialar üzərində qurulduğunu vurğulayıb, siyasi məqsədlər üçün uydurulmuş erməni yalanlarının ifşa edilməsi istiqamətində qətiyyətli olmağın vacibliyini diqqətə çatdırıb.

Avropa Parlamentinin üzvü, 2014-2019-cu illərdə Avropa Parlamentinin vitse-prezidenti olmuş Riçard Çarnetski qaçqın və məcburi köçkünlərlə bağlı Avropa təcrübələrindən danışaraq, sistemin işləmə mexanizmi barədə məlumat verib.

“Azərbaycanlılar və ermənilər Cənubi Qafqaza xas olan multikultural mühitdə birgə yaşamalıdırlar”, - deyən Riçard Çarnetski vaxtilə Ermənistandan qovulmuş etnik azərbaycanlıların bu gün öz evlərinə qayıtmaq hüququnun olduğunu bildirib, Azərbaycanla Ermənistan arasında qaçqın probleminin sülh yolu ilə həlli istiqamətində ümumi əsasların tapmasının əhəmiyyətini qeyd edib.

Tanınmış fotoqraf və memar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əməyi olan Reza Deqati vizual təqdimatla çıxış edərək, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat hekayələrini bölüşüb. R.Deqatinin çəkdiyi fotoşəkillərdən ibarət təqdimat forumun xarici iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

Tədbirin əsas çıxışlarından sonra panel müzakirələri təşkil edilib.

“Qaçqınlar probleminə Avropa yanaşması: Çağırışlar və beynəlxalq əməkdaşlıqlar yolu ilə mümkün həll yolları”na həsr olunmuş ilk paneldəki çıxışlar əsasında Avropa İttifaqının məcburi köçürmə və deportasiya ilə bağlı siyasəti, qaçqınların üzləşdiyi problemlər, qaçqınların mühafizəsi və onların reinteqrasiyası üzrə mövcud strategiyalar, qaçqın qadınların qarşılaşdıqları problemlərin həllinə yönəlik müasir yanaşmalar, qaçqın, məcburi köçkün və miqrasiya problemində Avropa İttifaqının tərəfdaş ölkələri ilə praktiki əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyənin “Ülke TV” yayım şirkətinin baş redaktoru Həsən Öztürkün moderatorluğu ilə baş tutan “Məcburi deportasiya və qaçqınlar mövzusunda Azərbaycan təcrübəsi: Qərbi Azərbaycana qayıdış” adlı ikinci paneldə qaçqınlar probleminin hüquqi çərçivələri və beynəlxalq ictimaiyyətin öhdəlikləri, məcburi deportasiya edilmiş azərbaycanlı qaçqınların cari vəziyyəti, qaçqınlıq və məcburi köçkünlük dövrünün fərdlərə və icmalara təsiri və bu xüsusda, qaçqın səslərinin dünyaya eşitdirilməsi və onların hisslərinə şərik çıxmaq səylərinin gücləndirilməsi, eləcə də azərbaycanlı qaçqınların öz dədə-baba yurdlarına qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlik mövcud mexanizm və strategiyalar barədə müzakirələr təşkil olunub.

Forumun sonunda azərbaycanlı qaçqınlar adından beynəlxalq ictimaiyyətə çağırış edilib.

Tədbir zamanı, həmçinin Ermənistandan qovulmuş soydaşlarımızın tarixi-mədəni izlərini sübut edən fotosərgi nümayiş olunub.

Sonda forum iştirakçılarına Azərbaycan və İspaniya milli mətbəxlərinin ən ləziz təamları təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuzda intellektual bilik yarışının qaliblər bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib