Mağazadan fotoaparat oğurlamaqda şübhəli bilinən şəxs tutulub
Bakı, 2 iyul, AZƏRTAC
Nəsimi rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 10-da
Nəsimi rayonu ərazisindəki mağazaların birindən 1899 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov rayon polis idarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.