Makiyaj dərini günəşdən qorumur
Stokholm, 22 aprel, AZƏRTAC
Ekspertlər xəbərdarlıq edirlər ki, makiyaj günəşdən kifayət qədər qorunmanı əvəz edə bilməz, ultrabənövşəyi şüalanmanın təsiri isə dərinin qocalmasını sürətləndirir və onkoloji xəstəliklər riskini artırır.
AZƏRTAC xəbər verir ki, isveçli dermatoloq Şivan Dilşadın sözlərinə görə, günəşdən zərər tədricən yığılır və yalnız illər sonra nəzərəçarpan hala gələ bilər, bu da gənclər arasında onun qarşısının alınmasını xüsusilə çətinləşdirir. “Qışdan sonra bir çox insanlar qaralmaq istəyir, lakin günəş şüaları hələ o qədər də güclü olmasa belə, artıq indi ehtiyatlı olmaq vacibdir”, - deyə dermatoloq vurğulayır.
Mütəxəssislər, həmçinin qeyd edirlər ki, dəri yalnız günəş altında qaralmadan zədələnmir. Ultrabənövşəyi şüalanma qırışların, yaş ləkələrinin yaranmasına səbəb olur, melanoma və skuamöz hüceyrəli karsinoma da daxil olmaqla dəri xərçəngi riskini artırır.
Sosial mediada məşhur trendlərə xüsusi diqqət yetirilir. “Verian” şirkətinin apardığı araşdırmaya görə, 18-29 yaş arası qadınların təxminən 20 faizi hesab edir ki, günəş şüalarının yüksək olduğu dövrlərdə qaralmaq daha məsləhətdir.
Ekspertlər vurğulayırlar ki, əksər kosmetik vasitələrin SPF qoruma səviyyəsi 10-15-dir və bu, dərini effektiv şəkildə qorumaq üçün kifayət deyil. SPF-i ən azı 30-a bərabər günəşdən qoruyucu vasitələrdən istifadə etmək, onları bol miqdarda çəkmək və gün ərzində yeniləmək tövsiyə olunur.
Mütəxəssislər əsas qoruyucu tədbirlər kimi kölgədə qalmağı, qoruyucu geyim geyinməyi və ultrabənövşəyi şüaların pik saatlarında günəş altında qalma vaxtnıı məhdudlaşdırmağı tövsiyə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]