“Makkabi Bakı” uşaq futbol klubunun uğurları
Bakı, 28 avqust, AZƏRTAC
Makkabi Bakı” uşaq futbol klubu uşaq idmanının yaranması və uğurlu inkişafının parlaq nümunəsi olub. STEGMI Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi sayəsində klub qısa müddətdə böyük nəticələr əldə edə bilib.
AZƏRTAC STEGMI saytına istinadla xəbər verir ki, “Makkabi Bakı” uşaq futbol klubu yarandığı gündən çox böyük inkişaf yolu qət edib. Klubun direktoru Elçin İsakov öz müsahibəsində STEGMI fondunun qazanılan nailiyyətlərdə mühüm rolunu qeyd edib. O vurğulayıb ki, Fondun dəstəyi olmasaydı, komanda belə yüksək nəticələr qazana bilməzdi.
Komandanın azyaşlı futbolçularının ötən mövsümdə U-10 uşaq liqasında uğurlu çıxışı da yaddaqalan olub. Bu nəticə onu göstərib ki, gərgin məşqlər və məqsədyönlü iş öz bəhrəsini verir. Oyunçuların texnika və bacarıqlarının artması yüksək təcrübəyə malik olan məşqçilər və Fondun dəstəyi olmadan qeyri-mümkündür.
“Makkabi Bakı” klubu 5-15 yaş arası qrupu əhatə edir. Belə ki, 40-dan çox iştirakçı həftədə bir dəfə məşq edir, öz bacarıqlarını və komanda ruhunu yüksəldir.
Gələcək inkişaf və müxtəlif turnir və yarışlarda iştirak etmək klubun planlarına daxildir. Noyabrın 8-nə nəzərdə tutulmuş “Zəfər Günü” beynəlxalq turnirinin təşkilinə xüsusi diqqət yetirilir.