Malayziyanın 94 yaşlı Baş Naziri istefa verib
Tokio, 25 fevral, AZƏRTAC
Malayziyanın 94 yaşlı Baş Naziri Mahathir Məhəmməd tutduğu vəzifədən istefa verdiyini bəyan edib.
AZƏRTAC Malayziya KİV-lərinə istinadla xəbər verir ki, Mahathir Məhəmməd istefa barədə ərizəsini fevralın 25-də səhər krala təqdim edib.
Sabiq Baş Nazirin bu addımı Cənub-Şərqi Asiyanın bu ölkəsində böyük siyasi çaşqınlıq yaradıb.
Mahathir Məhəmmədin istefasını qəbul edən Kral ondan həmin vəzifəyə yeni təyinat olanadək vəzifələrinin icrasını davam etdirməyi təklif edib.
Mahathir Məhəmmədin istefası İqtisadiyyat naziri Əzmin Əlinin rəhbərlik etdiyi partiyanın hakim koalisiyanı tərk etməsindən sonra baş verib. Bundan sonra Mahathir Məhəmməd parlamentdə koalisiyanın üstünlüyünü saxlamaqda çətinliklə qarşılaşıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]