Azərbaycan Dövlət İnformasiya Agentliyi

MALİYYƏ NAZİRİ SAMİR ŞƏRİFOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

2008-ci ilin ötən altı ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafı tariximizin son illərinə xas olan yüksək dinamizmlə və artım sürəti ilə davam etmişdir.

Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul 2007-ci ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz artmış, adambaşına düşən ümumi daxili məhsul istehsalı isə 15,2 faiz artaraq, 2169 manat və ya 2600 ABŞ dolları səviyyəsinə çatmışdır.

Xüsusi vurğulamaq istərdim ki, iqtisadiyyatın inkişafı neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də sürətli artımı hesabına baş verir. Belə ki, bu ilin altı ayında qeyri-neft sahələrində artım 15,6 faiz səviyyəsində olmuşdur və bu da iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlətin gördüyü məqsədyönlü tədbirlərin düzgünlüyünü təsdiq edir.

Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində bu ilin birinci yarısında artım 13,8 faizdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən mühüm sahə olan aqrar sektorda artım sürəti son illərdə ən yüksək həddə çataraq, 10,7 faiz təşkil etmişdir. Bunu, ilk növbədə, son vaxtlar aqrar sahədə istehsalın stimullaşdırılmasına yönəldilən kompleks tədbirlərin bəhrəsi kimi qiymətləndirmək olar.

Xidmətlər sahəsində də ciddi yüksəliş müşahidə olunmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımaları 13,2 faiz, rabitə xidmətləri 37,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 29,5 faiz artmışdır. Bu sahədəki artım, bir tərəfdən, istehsalın inkişafının, digər tərəfdən isə, əhalinin maliyyə imkanlarının genişlənməsinin göstəricisidir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin altı ayında xarici ticarət dövriyyəsi 4,1 dəfə, o cümlədən ixrac 6,9 dəfə artmışdır.

Hesabat dövründə ölkəmizin maliyyə mövqeyi də əhəmiyyətli dərəcədə möhkəmlənmiş, cənab Prezident qeyd etdiyi kimi, dövlətin ümumi valyuta ehtiyatları cari ilin əvvəlinə nisbətən 80,5 faiz və ya 5,8 milyard ABŞ dolları artaraq, 13 milyard ABŞ dollarından çox olmuşdur.

Maliyyə imkanlarımızın artması investisiya siyasətinin həyata keçirilməsinə də müsbət təsir göstərməkdədir. Hesabat dövründə bütün mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 31,6 faiz artmışdır.

Möhtərəm cənab Prezident!

Tapşırığınıza uyğun olaraq, 2008-ci ilin may ayında dövlət büdcəsində və icmal büdcədə dəqiqləşdirmə aparılmış, Milli Məclis tərəfindən müvafiq qanun qəbul edilmişdir.

Dəqiqləşdirmə ilə bir sıra dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, o cümlədən minimum əmək haqlarının, əmək pensiyasının baza hissəsinin, bəzi təqaüdlərin artırılması, ölkənin müdafiə potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət əhəmiyyətli zəruri məsələlərin maliyyə təminatının tənzimlənməsinə nail olunmuşdur.

Belə ki, 2008-ci il dövlət büdcəsinin gəlirləri 3 milyard 92 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 41,8 faiz artırılaraq, 10 milyard 484 milyon manat, xərcləri 2 milyard 542 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 29,8 faiz artırılaraq, 11 milyard 61 milyon manata çatdırılmışdır.

İcmal büdcədə aparılmış dəqiqləşdirmə ilə onun gəlirləri təsdiq olunmuş büdcəyə nisbətən 66,4 faiz artırılaraq, 17 milyard 465 milyon manata, xərcləri təsdiq olunmuş büdcəyə nisbətən 25,3 faiz artırılaraq, 12 milyard 744 milyon manata çatdırılmışdır.

Cari ilin altı ayında icmal və dövlət büdcələrinin icrasının göstəriciləri ölkə iqtisadiyyatının bütün sahələrini əhatə etmiş dinamik inkişafı özündə təcəssüm edir. Belə ki, altı ayda dövlət büdcəsinin mədaxili 4 milyard 810 miylon manat və ya 111,3 faiz yerinə yetirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 227 milyon manat və ya 86,3 faiz çoxdur.

Vergilər Nazirliyi mədaxil proqnozunu 107,6 faiz icra etməklə, ona 2007-ci ilin eyni dövrünə nisbətən 955 milyon manat və ya 49,3 faiz çox, Dövlət Gömrük Komitəsi 100,3 faiz və ya ötən ilin eyni dövrü ilə müqayisədə 197 milyon manat və yaxud 53,8 faiz çox əməl etmişdir.

Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan büdcəyə 1 milyard 63 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 312 milyon manat və ya 41,5 faiz çoxdur.

Dövlət Neft Fondundan büdcəyə proqnozda nəzərdə tutulduğundan 290 milyon manat və ya 29,6 faiz çox transfert edilmişdir.

Büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə 29 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16 milyon manat çoxdur.

Altı ay ərzində dövlət büdcəsinin xərcləri 4 milyard 95 milyon manat və ya 88,9 faiz icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 810 milyon manat və ya 79,2 faiz çox deməkdir.

2007-ci ilin müvafiq dövrünə nisbətən bu ilin altı ayında dövlət büdcəsindən sənaye və tikinti xərclərinə 2,8 dəfə, nəqliyyat və rabitə xərclərinə 86,7 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 70,8 faiz, mədəniyyət xərclərinə 50,5 faiz, müdafiə xərclərinə 48,4 faiz, səhiyyə xərclərinə 31,3 faiz, təhsil xərclərinə 27,9 faiz, kənd təsərrüfatı xərclərinə 26,4 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 26,3 faiz çox vəsait yönəldilmişdir.

2008-ci ilin altı ayı ərzində icmal büdcənin gəlirləri 8 milyard 707 milyon manat, xərcləri 4 milyard 593 milyon manat icra olunmuş, icmal büdcədə 4 milyard 114 milyon manat profisit yaranmışdır.

Cari ilin altı ayında da əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi xəttin prioritet istiqamətini təşkil etmişdir.

Ölkə Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ilin ötən dövrü ərzində minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi 60 manata çatdırılmışdır. Bunun sayəsində təhsil, səhiyyə, mədəniyyət, elm sahələrində çalışanların əmək haqları orta hesabla 20 faiz, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 50 faiz, xüsusi olimpiya təqaüdünün məbləği 50 faiz artırılmışdır. Azərbaycan Respublikasının ərazisində çalışan Xarici İşlər Nazirliyinin diplomatik rütbəsi olan işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində əlavə pul təminatı müəyyən edilmişdir.

Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən dövlət sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləğini artıraraq 55 manata çatdırmışdır. Bu məqsədə dövlət büdcəsində 128 milyon manat, o cümlədən artıma görə əlavə olaraq 48 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Eyni zamanda, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 50 faiz, hərbi qulluqçulara ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə, mülki işçilərin aylıq vəzifə maaşı 25 faiz, ölkənin Silahlı Qüvvələrində və qanunla yaradılmış başqa silahlı birləşmələrdə müddətli hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşı orta hesabla 2 dəfə, Daxili İşlər Nazirliyi üzrə xüsusi rütbəsi olan əməkdaşların aylıq pul təminatı orta hesabla 125 manat, mülki işçilərin vəzifə maaşları orta hesabla 30 manat artırılmışdır.

Hesabat dövründə iqtisadiyyatın bir çox sahələrində investisiya proqramlarının uğurla həyata keçirilməsi davam etdirilmiş, dövlət büdcəsindən dövlət investisiya xərclərinə 1 milyard 918 milyon manat vəsait yönəldilmişdir. Bu, 2007-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 283 milyon manat və ya 3 dəfə çoxdur.

Həmin vəsaitlərdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 275 milyon manat, o cümlədən yeni məktəblərin, əlavə sinif otaqlarının və uşaq bağçalarının tikintisinə 95 milyon manat, yeni xəstəxanaların, ambulatoriyaların, təcili tibbi yardım stansiyalarının tikintisinə, əsaslı təmirinə və digər səhiyyə tədbirlərinə 48 milyon manat, yeni mədəniyyət müəssisələrinin tikintisi və yenidən qurulmasına 78 milyon manat, regionlarda müasir idman komplekslərinin tikintisinə və yenidənqurma işlərinə 28 milyon manat, şəhid ailələrinin pulsuz mənzillə təmin edilməsi üçün 2,4 milyon manat vəsait sərf olunmuşdur.

Əsas kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 323 milyon manat, o cümlədən elektrik stansiyalarının tikintisi üçün 207 milyon manat, regionların içməli su təminatı, suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 109 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturunun tikintisi üçün 746 milyon manat, Zaqatala və Lənkəran hava limanlarının yenidən qurulması üçün 28 milyon manat, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yenidən qurulmasına, “Şimal” istiqamətində yeni metro bağlantısının və stansiyaların tikintisinə və yeni metro vaqonlarının alınmasına 75 milyon manat vəsait yönəldilmişdir.

Cari ilin ötən dövrü ərzində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondu tərəfindən ümumi dəyəri 132,1 milyon manat məbləğində məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi layihələrinin həyata keçirilməsi xərcləri maliyyələşdirilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağcabədi, Ağdam, Göygöl, Samux, Füzuli, Beyləqan rayonlarında, Gəncə və Naftalan şəhərlərində abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, qəza vəziyyətində olan məktəb binalarının əvəzində təzə binaların tikilməsinə və ya yenidən qurulmasına, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetinin yeni binalarının tikintisi və mövcud binaların əsaslı təmirinə, Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan eksponatların restavrasiyasına və yenilərinin alınmasına və digər zəruri xərclərə 59 milyon manat vəsait ayrılmışdır.

Dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 24 milyon manat vəsait istifadə olunmuşdur.

Ötən illərdə olduğu kimi, bu il də sahibkarlığın dəstəklənməsi siyasəti davam etdirilir və yeni qaydalara uyğun olaraq, güzəştli kreditlərin verilməsi ilə bərabər, sahibkarlara texniki yardımların göstərilməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı əməli kömək göstərilir.

Bu ilin altı ayında ölkənin 48 şəhər və rayonu üzrə 327 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 40,7 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir.

Yanvar ayından etibarən sahibkarlıq subyektlərinin Vergilər Nazirliyində “bir pəncərə” prinsipi əsasında qeydiyyata alınması təşkil olunmuşdur. Ötən müddət ərzində 24 min təsərrüfat subyekti həmin “pəncərə”dən istifadə edərək, dövlət qeydiyyatına alınmışdır.

Hesabat dövründə mövcud qanunvericiliyə uyğun olaraq, 2009-cu il və sonrakı üç il üçün ortamüddətli dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanılmışdır. Növbəti il üçün büdcə layihələri hazırlanarkən, Sizin müəyyən etdiyiniz strateji xəttə uyğun olaraq, Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına, Prezidentin tapşırığına əsasən ədalətli və uzunmüddətli dayanıqlığı təmin edən pensiya islahatının həyata keçirilməsinə, elmin yeni əsaslar üzərində inkişaf etdirilməsinə, müdafiə potensialının gücləndirilməsinə, Dövlət İnvestisiya Proqramına gəldikdə isə, ilk növbədə, icrasına başlanılmış layihələrin, habelə prioritet layihə kimi müəyyən edilmiş digər sosial və infrastruktur layihələrin maliyyələşdirilməsi xərclərinin nəzərdə tutulmasına üstünlük verilir.

Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Beş ildən də bir qədər əvvəl, 2003-cü il Prezident seçkiləri ərəfəsində ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına ünvanladığı siyasi müraciətində cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavan həyatı yolunda çox işlər görəcəyini, ulu öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri və işləri xalqın dəstəyi ilə başa çatdıracağını əminliklə söyləmişdi.

2008-ci ilin hesabat dövrü də daxil olmaqla, 2003-cü ildən ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət nəticəsində Azərbaycan dövləti üçün ən taleyüklü sosial-iqtisadi məsələlərin həll edilməsinə nail olunmuşdur.

Bunların sırasına ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsini və digər transmilli layihələrin təməlinin qoyulmasını, dövlətimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasını və regionda aparıcı mövqeyə çıxmasını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş möhtəşəm hərbi quruculuq və diplomatik fəaliyyət üzrə səyləri, məcburi köçkünlərin məskünlaşdığı son çadır düşərgəsinin ləğv edilməsini və onlar üçün fərdi evlərin tikilməsini, minlərlə yeni iş yerlərinin açılması hesabına ölkədə yoxsulluq həddinin 3 dəfə azaldılmasını, xalqımızın maddi rifah halının nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmasını, iqtisadiyyatda sıcrayışlı və davamlı inkişafın və artımın təmin edilməsini, ölkə regionlarının sosial-iqtisadi inkişafına güclü təkan verilməsi kimi işləri qətiyyətlə aid etmək olar.

Bu nailiyyətləri özündə əks etdirən bəzi iqtisadi və sosial göstəriciləri diqqətinizə çatdırmaq yerinə düşərdi.

2003-cü ilin avqust ayından keçən beş il ərzində ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi 2003-cü ildəki 3,1 milyard manatdan 2008-ci ildə 18,5 milyard manata çatmış və ya, cənab Prezidentin qeyd etdiyi kimi, müqayisəli qiymətlərlə 2,7 dəfə çoxalmışdır.

Ölkənin valyuta ehtiyatları 8,8 dəfə artaraq, 1,5 milyard ABŞ dollarından 2008-ci il avqustun 1-nə 14 milyard ABŞ dollarına çatmışdır. Maliyyə təsisatlarının, yəni əsasən bankların və sığorta şirkətlərinin aktivlərinin 9 dəfə artaraq, 944 milyon manatdan 8,5 milyard manata, əhalinin banklardakı əmanətləri 8,3 dəfə artaraq, 193 milyon manatdan 1 milyard 603 milyon manata çatmışdır.

İqtisadiyyatın dinamik inkişafında mühüm rol oynayan fiskal siyasətin həyata keçirilməsi nəticəsində ötən beş il ərzində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 5,3 dəfə artmış, onun ümumi daxili məhsulda xüsusi çəkisi 11 faizdən 18,7 faizədək yüksəlmiş, vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 184 minə, onların ticarət dövriyyəsi isə 4,7 dəfə artaraq 16 milyard manata çatmışdır.

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə təmin olunan vergi və rüsumların məbləği 5,9 dəfə artaraq, 96 milyon manatdan 564 milyon manata çatmışdır.

Ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətlənmiş və ticarət əlaqələri genişlənmiş, xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə artmışdır.

Bu dövrdə əhalinin sosial rifahını səciyyələndirən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilir. Belə ki, orta aylıq əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə artaraq 24 manatdan 80 manata, əhalinin pul gəlirləri 4,1 dəfə artaraq 9 milyard 41 milyon manata, adambaşına düşən pul gəlirləri isə 3,9 dəfə artaraq 272 manatdan 1060 manata çatmış, əhalinin pul gəlirlərinin artım səviyyəsi isə inflyasiya səviyyəsini 3,5 dəfə üstələmişdir.

Son 5 ili əhatə edən dövr ərzində ölkədə minimum əmək haqqı 10,9 dəfə artaraq 5,5 manatdan 60 manata bərabər olmuş, tələbələrin təqaüdləri 10 dəfə artmış, əsas ordu qüvvələri üzrə zabitlərin pul təminatı 4,2 dəfə artaraq 850 manata, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə artaraq 191 milyon manatdan 741 milyon manata, əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin məbləği 1,6 dəfə artaraq 76,2 milyon manatdan 128 milyon manata çatdırılmışdır.

16167 məcburi köçkün ailəsi 52 yeni tikilmiş qəsəbəyə köçürülərək, fərdi evlərlə təmin olunmuşlar.

Ümumi daxili məhsulun formalaşmasında xüsusi çəkisi artıq 84 faizə çatmış qeyri-dövlət sektorunun, sahibkarlığın inkişafının dəstəklənməsi ön plana çəkilmişdir.

Belə ki, bu dövrdə dövlət tərəfindən mənfəət vergisinin dərəcəsi 27 faizdən 22 faizə endirilmiş, maliyyə lizinq əməliyyatları əlavə dəyər vergisindən azad olunmuş, kənd təsərrüfatına edilən vergi güzəştlərinin, banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faizlər, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə verilən güzəştlərin müddəti uzadılmışdır.

Bununla yanaşı, dövlət vəsaiti hesabına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 272 milyon manat məbləğində güzəştli kreditlər, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı tərəfindən kənd yerlərində əhalinin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə 31 milyon manat məbləğində orta və kiçik həcmli kreditlər, İpoteka Fondu xətti ilə 80 milyon manat güzəştli ipoteka kreditləri, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə dövlət büdcəsinin vəsaiti və xarici kreditlər hesabına kənd təsərrüfatı sektorunda, əsasən, istehsal və emal sahələri üzrə həyata keçirilən layihələr üçün 72 milyon manat məbləğində kreditlər verilmişdir. “Aqrolizinq” Səhmdar Cəmiyyəti xətti ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına kənd təsərrüfatı texnikasının lizinqə və icarəyə verilməsinə başlanılmışdır.

Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Ötən beş il ərzində əldə edilən fərəhləndirici nailiyyətlər və uğurlar Azərbaycan xalqı tərəfindən layiqincə yüksək qiymətləndirilir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin, hərtərəfli sosial-humanitar tərəqqisinin, xalqımızın firavan gələcəyinin təmin olunmasına xidmət edən siyasətin bundan sonra da Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin labüdlüyünü təsdiq edir.

Möhtərəm cənab Prezident!

Çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, dövlət maliyyə orqanlarının əməkdaşları budan sonra da Sizin siyasətinizin həyata keçirilməsinə öz səylərini əsirgəməyəcəklər.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Kiyevə intensiv hava hücumları edilir

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb