Maliyyə Nazirliyi tərəfindən depozit hərracı keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 faiz orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Depozit hərraclarının tətbiqi dövlət büdcəsinə əlavə gəlir formalaşdırmaqla, bank sektorunda likvidliyin artmasına töhfə verəcəkdir.
Maliyyə Nazirliyi bu kimi alətlər vasitəsi ilə dövlət vəsaitlərinin idarə olunmasında yeni yanaşmaların tətbiqini genişləndirməklə, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]