Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi müzakirə olunub
Bakı, 20 may, AZƏRTAC
Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə olunub.
Görüşdə, həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi, assosiasiyalarla birgə layihələrin həyata keçirilməsi, eləcə də assosiasiyaların tərkibində üzv təşkilatlardan ibarət işçi qrupların fəaliyyətinə dair səmərəliliyin artırılması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:53]
Azərbaycan-Yunanıstan biznes forumu baş tutub
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]