“Mançester Siti” “Everton”la səfər oyununda vacib xallar itirib
Bakı, 5 may, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun bağlanış oyununda "Mançester Siti" səfərdə "Everton"la qarşılaşıb. Kifayət qədər dramatik alınan görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissədə hesabı açan qonaqlar fasiləyə üstün yollanıblar. İkinci hissəyə daha yaxşı başlayan meydan sahibləri "şəhərlilər"in qapısından 3 top keçiriblər. Məğlubiyyətlə barışmaq istəməyən Mançester təmsilçisi 2 qol vuraraq yekunda heç-heçəyə nail olub.
Bu nəticədən sonra xallarının sayını 71-ə çatdıran "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "şəhərlilər" lider "Arsenal"dan 7 xal geri qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:41]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]