“Mançester Siti” klubu Rəhim Sterlinq ilə yeni müqavilə imzalayıb
Bakı, 10 noyabr, Nicat Məmmədov, AZƏRTAC
İngiltərənin “Mançester Siti” klubu futbolçu Rəhim Sterlinq ilə yeni müqavilə bağlayıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı futbolçu daha beş il “Mançester Siti”nin şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini də açıqlayıb. Yamayka əsilli ingilis futbolçu klubda həftəlik 300 min avro qazanacaq. Sterlinq İngiltərə Premyer Liqasının ən yüksək məvacib alan ingilis futbolçusudur.
“Mən bu klubda çox xoşbəxtəm. Artıq illərdir burdayam, “Mançester Siti”nın formasını geyinirəm və bununla qürur duyuram. Komandanın baş məşqçisi Pep Qvardioladan razıyam. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, - deyə Rəhim bildirib.
Qeyd edək, Sterlinq “şəhərlilər”ə 2015-ci ildə “Liverpul” klubundan transfer olunub. O, “Liverpul” klubunda 139 oyunda meydana start heyətdə çıxıb və 53 dəfə meydanı fərqlənərək tərk edib. “Mançester Siti” klubunda isə 154 rəsmi oyunda iştirak edən gənc futbolçu 51 dəfə fərqlənib və 37 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]