Manuel Noyer cari ilin ən yaxşı qapıçısı seçilib
Bakı, 8 dekabr, AZƏRTAC
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2020-ci ilin ən yaxşı qapıçısının adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Almaniya millisinin və “Bavariya” klubunun qolkiperi Manuel Noyer dünyanın ən yaxşısı seçilib. Qapıçı karyerasında 5-ci dəfə IFFHS-in bu titulunu almağı bacaran 3-cü qapıçı olub. Bundan əvvəl bu ada 5 dəfə İker Kasilyas (2008-2012-ci illər) və Canluici Buffon (2003-2004-cü, 2006-2007-ci, 2017-ci il) layiq görülüb.
Noyer ötən mövsüm “Bavariya” ilə bütün ölkə kuboklarını (Bundesliqa, Almaniya Kuboku, Almaniya Superkuboku), eyni zamanda, UEFA Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.
Xatırladaq ki, Noyer bundan əvvəl, 2013-2015-ci və 2016-cı illərdə ən yaxşı qapıçı seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]