Maqdeburqdakı Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilmişdir
Bakı, 2 sentyabr (AZƏRTAC). Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Millnitts Niftəliyev Maqdeburq Şəhər İcra Hakimiyyətinin başçısı Lutz Trumper ilə görüşmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Maqdeburqda yaşayan azərbaycanlıların fəaliyyətinin müzakirə edildiyi görüşdə L.Trumper bu şəhərdəki soydaşlarımızın fəallığını yüksək qiymətləndirmişdir. O, Azərbaycanın onun üçün böyük maraq kəsb etdiyini vurğulamış və Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin uğurla fəaliyyət göstərdiyini vurğulamışdır.
Y.Niftəliyev Azərbaycanın xəritəsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanan L.Trumperə ətraflı məlumat vermişdir.
Sonda Y.Niftəliyev L.Trumperə Azərbaycan haqqında kitablar və disklər hədiyyə etmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]