Maqnus Karlsen onlayn superturnirdə qələbələr seriyasını davam etdirir
Bakı, 25 aprel, AZƏRTAC
Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirdə dördüncü turun ilk görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, bugünkü qarşılaşmalarda M.Karlsen fransalı Maksim Vaşe-Laqrav, FIDE təmsilçisi Əlirza Firuzca ABŞ idmançısı Fabiano Karuana ilə mübarizə aparıblar.
Dünya çempionu növbəti qələbəsini fransalı şahmatçı üzərində qazanıb (2,5:1,5). O, bununla aktivinə daha 3 xal əlavə edərək xalların sayını 11-ə çatdırıb. M.Vaşe-Laqrav isə bu tur xallarını artıra bilməyib. Digər qarşılaşmada F.Karuana Ə.Firuzcanı 3:1 hesabı ilə məğlub edib. Amerikalı şahmatçı xalların sayını 8-ə çatdırıb.
Qeyd edək ki, M.Karlsen 11 xalla liderliyini davam etdirir. F.Karuana 8 xalla ikinci, H.Nakamura 7 xalla üçüncü pillədə qərarlaşıb. Turnirin digər iştirakçıları Liren Dinq 6, M.Vaşe-Laqrav və Nepomnyaşinin 5 xalı var. Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]