Maradona: Argentina yığmasının bütün problemlərini Messinin üzərinə yıxmaq olmaz
Bakı, 13 iyul, AZƏRTAC
Argentinalı əfsanəvi hücumçu Diyeqo Maradona bildirib ki, Futbol üzrə 2018-ci il dünya çempionatının 1/8 finalında mübarizəni dayandırmalı olmuş Argentina yığmasının daha yüksək nəticələrə nail ola bilməməsi hücumçu Lionel Messinin oyunu ilə bağlı deyil.
AZƏRTAC xəbər verir ki, Maradona deyib: “Bütün problemləri Messinin üzərinə yıxmaq olmaz. Messi həm qol vurmalı, həm ötürmələr etməli, həm də topu rəqiblərindən almalıdır, lakin bu mümkün deyil. Biz əsl komanda yaratmalıyıq. Problem Messidə deyil, bütün komandanın oyununun keyfiyyətindədir”.
Xatırladaq ki, Futbol üzrə 2018-ci il dünya çempionatının 1/8 finalında Argentina futbolçuları Fransa yığmasına 3:4 hesabı ilə uduzublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]