Maradona FİFA prezidentinin ideyasını dəstəkləyib
Bakı, 11 oktyabr, AZƏRTAC
Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona FİFA prezidentinə dəstək verib.
AZƏRTAC “France Press” Agentliyinə istinadla xəbər verir ki, Maradona Canni İnfantinonun dünya çempionatının final mərhələsində iştirakçı komanda sayının 48-ə yüksəldilməsi ilə bağlı ideyasını bəyənib. Argentinalı ulduzun sözlərinə görə, bu kimi turnirlərdə bəzi yığma komandaların mundiala düşə bilməməsi yarışın möhtəşəmliyini itirir: “Yaxın günlərdə mənim İnfantino ilə bu mövzuda danışığım və müzakirəm olacaq. Təklifə tam müsbət yanaşıram. Məsələn, son seçmə mərhələ matçlarında can qoyan Kriştianu Ronaldo və yaxud İbrahimoviç nəhəng turnirdə iştirak edə bilməsə, bu onların pərəstişkarlarına qarşı ədalətsizlik olar”.
Xatırladaq ki, bu günlərdə C.İnfantino dünya çempionatının final mərhələsinin iştirakçılarının sayının artırılması məsələsini yenidən gündəmə gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]