Mariya Zaxarova: Azərbaycanda prezident seçkiləri bu ölkənin daxili işidir
Moskva, 8 fevral, AZƏRTAC
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsir göstərə bilməsi barədə sualını şərh edərək bildirib ki, Azərbaycanda prezident seçkiləri bu ölkənin daxili işidir.
AZƏRTAC xəbər verir ki, M.Zaxarova Azərbaycan tərəfinin seçkilərin vaxtının dəyişdirilməsinin motivlərini, səbəblərini və formatını artıq şərh etdiyini vurğulayaraq deyib: “Hesab edirəm ki, Azərbaycanda prezident seçkiləri bu suveren dövlətin daxili işidir. Seçkilərin vaxtının dəyişdirilməsinin motivləri, səbəbləri və formatı barədə şərhlər üçün ilk növbədə Azərbaycan tərəfinə müraciət etmək lazımdır. Artıq bu cür şərhlər səslənib”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]