Marneulidə yeniyetmə və gənclər arasında oxatma yarışı keçirilib
Tbilisi, 25 iyun, AZƏRTAC
Marneulidə “Azərbaycan Evi”, “İnkişaf və Təhsil Mərkəzi” və Yunus Emre İnstitutunun birgə həyata keçirdiyi “Ənənəvi türk oxçuluq kursu” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında oxatma yarışı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Evi”ndə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Türkiyə səfirliyinin nümayəndəsi Kazım Kartal, Yunus Emre İnstitutunun rəhbəri Can Güray Marneuli, bələdiyyə məclisinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxış edənlər belə yarışların təşkilini yüksək qiymətləndirib və gənclərə uğurlar arzu ediblər. Bildirilib ki, bu cür tədbirlər gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmana marağının artırılması baxımından çox vacibdir.
Daha sonra baş tutan yarışın iştirakçılarına və qaliblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.
Zaur Xəlilovun rəhbərliyi ilə həyata keçirilən azyaşlıların mübarizəsində Rza Axverdiyev I, Aminə Əhmədova II, Maya Məmişova III, böyüklərin mübarizəsində isə Qasım Əliyev I, Tahir Mahmudov II, Aytəkin Allahverdiyeva III yerin sahibi olublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi