“Mart hadisələri, yaxud qara oyunlar” filmi təqdim olunmuşdur
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rejissor Mehriban Ələkbərzadənin “Salnamə” sənədli filmlər studiyasında ekranlaşdırdığı “Mart hadisələri, yaxud qara oyunlar” bədii-sənədli filminin təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı, Xalq Şairi Sabir Rüstəmxanlı və AMEA Tarix İnstitutu direktorunun müavini, professor Cəbi Bəhrəmov çıxış edərək 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilmiş qətliamın tariximizin faciəli səhifələrindən biri olduğunu vurğulamışlar.
Filmin ssenari müəllifləri Nadir Bədəlov və Mehriban Ələkbərzadə, quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu operatoru Adil Abbas, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Azad Vəliyevdir. Filmin ərsəyə gəlməsi üçün Türkiyənin və Rusiyanın arxivlərində də araşdırmalar aparılmışdır. Filmin çəkilişləri Azərbaycan ilə yanaşı, Rusiya və Türkiyədə də aparılmışdır.
Sonra tariximizin ən ağrılı-acılı səhifələrindən biri - 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnaklarının törətdikləri soyqırımdan bəhs edən və foto, kino, arxiv materialları ilə zəngin olan “Mart hadisələri, yaxud qara oyunlar” filminin II hissəsi nümayiş etdirilmişdir.
######
![]() |
![]() |

