Martın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaqdır.
Temperatur gecə 5-8°, gündüz 15-17° isti təşkil edəcəkdir.
Bakıda gecə 6-8°, gündüz 15-17° isti gözlənilir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütutuna yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcəkdir.
Temperatur gecə 1° şaxtadan 4° -dək isti, gündüz 13-18° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcəkdir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-12° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, qərb küləyinin əsəcəyi gözlənilir.
Temperatur gecə 2-4° isti, gündüz 12-16° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Qərb küləyi əsəcəkdir.
Temperatur gecə 0-4° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-10° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcəkdir.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcəkdir.
Temperatur gecə 5-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-3° isti, gündüz 10-14° isti təşkil edəcəkdir.