Martin Skorsezenin dördsaatlıq kinoepopeyası
Stokholm, 23 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Kinorejissor Martin Skorsezenin 206 dəqiqəlik “Çiçək ayın qatilləri” kinoepopeyası aktyor heyətinə daxil olan Leonardo Di Kaprio və Robert De Niro kimi məşhur kino ulduzlarının iştirakı ilə əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, buna baxmayaraq, bu ekran əsəri 23 milyon dollarlıq kassa yığımı ilə ABŞ və Kanada kinoteatrlarının reytinqində ikinci yerdə debüt edib. Reytinqdə birinci yeri isə ikinci istirahət günlərində 31 milyon dollar kassa yığımı ilə “Teylor Svift. Era turu” filmi tutub.
Skorsezenin yazıçı Devid Qrannın eyniadlı kitabının motivləri əsasında lentə aldığı filmində hadisələr yerli amerikalıların nümayəndələrinin silsilə qətllərinin baş verdiyi 1920-ci illərin Oklahomasında cərəyan edir.
Filmin uzunmüddətli olması ilə bağlı jurnalistlərin sualını cavablandıran Skorseze deyib: “İndi bir çoxları beş saat ardıcıl olaraq seriallara baxır, tamaşalar da tez-tez üç saat yarım davam edir. Filmlərlə bağlı bunu nə üçün etməyək?”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]