Masallı güləşçiləri Bakı Çempionatının qalibi olublar
Masallı, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunun idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə sərbəst güləş üzrə Bakı Çempionatında Masallı idmançıları da iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10 çəki dərəcəsində 75 idmançının mübarizə apardığı Çempionatda Masallıdan olan güləşçilər - Zəfər Əliyev (97 kq) və Rəşid Babazadə (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə sahib olublar.
Qeyd edək ki, hər iki idmançının məşqçisi Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]