Masallı məktəblərinin 100 məzunu ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib
Masallı, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Bu il Masallı rayonunun ümumtəhsil məktəblərini bitirən 1352 məzundan 794-ü ali məktəblərə daxil olmaq üçün Dövlət İmtahan Mərkəzinə sənəd təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, abituriyentlərin 100 nəfəri ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib.
Məzunlardan 73 nəfəri 500-600, 27 nəfəri isə 600-700 arası bal toplayıb.
Qeyd edək ki, ötən il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 727 nəfəri ali məktəblərə sənəd verib. Onlardan 60 nəfəri 500-600, 25 nəfəri isə 600-700 arası bal toplamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]
Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO
- 01.10.2026 [09:35]
Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO
- 30.09.2026 [21:56]