Masallı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum tutulub
Bakı, 1 mart, AZƏRTAC
Masallı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Şain İbişov Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı onda 4 qramdan artıq tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq, Ş.İbişovun yaşadığı evdən 1 kiloqram 740 qram tiryək aşkarlanaraq götürülüb.
Faktlarla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]