MASALLI RAYONUNUN İDMANÇILARI AZƏRBAYCAN KUBOKU YARIŞLARINDA BİR QIZIL VƏ BİR BÜRÜNC MEDAL QAZANMIŞLAR
Masallı, 21 iyul (AZƏRTAC). Bakıdakı “Gənclik” Olimpiya İdman Kompleksində keçirilən gənclər arasında sambo güləşi üzrə Azərbaycan kuboku yarışlarında Masallı rayonunun idmançıları bir qızıl və bir bürünc medal qazanmışlar.
Yarışlarda 5 idmançı ilə çıxış edən Masallının gənc samboçularından Hikmət Alışov 81 kiloqram çəki dərəcəsində birinci, Bəhruz Mehdiyev isə 100 kiloqram çəki dərəcəsində üçüncü yeri tutmuşlar.
Hikmət Alışov bu ilin oktyabrında Bolqarıstanda keçiriləcək dünya çempionatında respublikamızın idman şərəfini qoruyacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]