Masallı sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb
Masallı, 7 dekabr, AZƏRTAC
Masallı rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən növbəti tədbirlər nəticəsində daha 3 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları "İJ" markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:06]
Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO
- 06.10.2026 [13:42]