Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb
Masallı, 23 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Masallıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndi ərazisində qeydə alınıb. Sakit Rəhimov idarə etdiyi "Hyundai Azero" markalı avtomobillə hərəkətdə olarkən, piyada 65 yaşlı Xanağa Abdullayevi vurub. Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, piyada aldığı xəsarətdən xəstəxanada ölüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]
Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO
- 01.10.2026 [09:35]
Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb VİDEO
- 30.09.2026 [21:56]