Masallıda indiyədək sahələrdən 153 ton yaş tütün yığılıb
Masallı, 30 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda tütün yığımı kampaniyası davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək 51 hektar tütün sahəsindən 153 ton yaş tütün yığılıb. Bunun 15 tonu qurudularaq tədarük məntəqələrinə təhvil verilib.
Qeyd edək ki, ötən il Masallı rayonunda 35 hektarda tütün əkilib. Məhsul istehsalçıları Şəki şəhərində fəaliyyət göstərən tədarük məntəqəsinə-“İlham” MMC-yə 53,4 ton, “Azərkooperasiya”ya 2,8 ton, “Tobako-G” MMC-yə isə 1 ton qurudulmuş tütün təhvil veriblər.