Maya Boçorişvili: Gürcüstanın diplomatlarına qarşı təzyiq kampaniyası aparılır
Tbilisi, 1 dekabr, AZƏRTAC
“Gürcüstan Xarici İşlər Nazirliyinin diplomatlarına qarşı təzyiq kampaniyası aparılır ki, bu da qəbuledilməz və yolverilməzdir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili nazirliyin kollektivi ilə görüşdə söyləyib.
XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, nazir rəhbərlik etdiyi qurumun gələcək fəaliyyətinin prioritetlərini müzakirə edib.
M.Boçorişvili qeyd edib ki, Xarici İşlər Nazirliyi vahid səylə konstitusiya ilə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsini və milli maraqların qorunmasını davam etdirir.
Bildirilib ki, Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin diplomatik xidmətinə edilən təzyiqlərii və təxribat çağırışlarını pisləyir. Suveren dövlətin təsisatlarının fəaliyyətinə müdaxilə cəhdləri yolverilməzdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]