Mayda Gömrük Komitəsinin Çağrı mərkəzinə 6655 müraciət daxil olub
Bakı, 17 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsi may ayı üçün “195/6” Çağrı mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində Çağrı mərkəzinə şəxslər tərəfindən ünvanlanan 6655 müraciət cavablandırılıb. Bu müraciətlərdən 203-ü gömrük sərhəd buraxılış məntəqələrinin iş rejimi ilə bağlı, 290-ı gömrük ödənişləri, 111-i gömrük təmsilçiliyi, 429-u fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır. Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 402 müraciət, xarici dövlətlərdə daimi qeydiyyatda olan nəqliyyat vasitələrinin ölkə ərazisinə müvəqqəti olaraq gətirilməsi ilə bağlı 1992, şikayət xarakterli müraciətlər 138, qısa idxal bəyannaməsi ilə bağlı 40, ixrac gömrük proseduru ilə bağlı 66 və digər mövzularla bağlı 2984 müraciət daxil olub.