MDB DÖVLƏTLƏRARASI ŞURANIN HİDROMETEOROLOGİYA ÜZRƏ 22-Cİ SESSİYASI KEÇİRİLƏCƏKDİR
Bakı, 29 sentyabr (AZƏRTAC). Oktyabrın 5-6-da Qəbələdə MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, sessiyada Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi M.Carro, həmin təşkilatın prezidenti A.Bedritski, MDB ölkələrinin Milli Hidrometeoroloji Xidmət qurumlarının rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, həmçinin, alim və mütəxəssislər iştirak edəcəklər.
Tədbirdə Milli Hidrometeoroloji Xidmət qurumlarının MDB və Ümumdünya Meteorologiya Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, iştirakçı ölkələrdə hidrometeoroloji təhlükəsizlik konsepsiyasının yerinə yetirilməsi, 2006-2010-cu illər ərzində hidrometeoroloji fəaliyyət sahəsində əsas inkişaf istiqamətləri və 2011-2015-ci illər üçün layihələr müzakirə olunacaqdır.
Eyni zamanda, MDB hökumət başçıları Şurası Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının fəaliyyətinə dair qərarların yerinə yetirilməsinə, hidrometeoroloji fəaliyyətin inkişaf strategiyası layihəsinin hazırlanmasına və onun MDB hökumət başçılarının şurasında baxılmasına, 2011-2015-ci illərdə hidrometeorologiya üzrə əsas elmi tədqiqat işlərinin prioritet istiqamətlərinin müzakirəsinə və bir sıra cari məsələlərə baxılacaqdır.