MDB ÖLKƏLƏRİNƏ 680523,6 MİN DOLLAR DƏYƏRİNDƏ ƏMTƏƏ ÇIXARILMIŞDIR
Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin doqquz ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 680523,6 min ABŞ dolları dəyərində əmtəə ixrac etmişlər. MDB ölkələrindən isə həmin müddətdə Azərbaycana 1060064,3 min dollarlıq əmtəə gətirilmişdir.
Azərbaycandan, əsasən, qeyri-üzvi kimya, neft və neft məhsulları, heyvan və bitki mənşəli yağlar, tərəvəz ixrac edilmiş, respublikamıza isə mineral yanacaq, quru nəqliyyat vasitələri, dənli bitkilər, avadanlıq və cihazlar gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]