“MDB YAZIÇILARINA – RUSİYA MÜKAFATI” FEVRALDA TƏQDİM EDİLƏCƏK
O demişdir ki, qalib 3 min dollar və öz kitabının iki min nüsxə tirajla nəşr edilməsi üçün mükafatın təsisçiləri ilə müqavilə bağlamaq hüququ alacaqdır. İndiyədək Təşkilat Komitəsinə 92 əsər göndərilmişdir. Aytmatovun sözlərinə görə, hələlik Qazaxıstan (21 əsər) liderdir. Sonrakı yerdə Qırğızıstan gəlir. Müsabiqəyə əsərlərin qəbulu müddəti dekabrın 15-də bitir.
Aytmatovun fikrincə, təkcə MDB ölkələrində deyil, Birliyin hüdudlarından kənarda, məsələn, Almaniyada, Baltikyanı dövlətlərdə də bir çox yaxşı rusdilli yazıçılar yaşayır.
Münsiflər heyətinin üzvləri göndərilmiş əsərlərdən hələlik heç biri ilə tanış olmayıblar. Onlar bununla dekabrın 15-dən sonra məşğul olacaqlar, hələlik isə əsərləri mükafatın ekspertlərdən ibarət münsiflər heyəti gözdən keçirir və onların haqqında resenziya hazırlayır.
“Rusiya mükafatı” ədəbi müsabiqəsini bu ilin sentyabrında qeyri-kommersiya təşkilatları – Avrasiya Tədqiqatlar İnstitutu və Qafqaz Demokratiya İnstitutu təsis etmişdir. Müsabiqənin münsiflər heyətinə Rusiya və Qazaxıstanın, Cənubi Qafqaz və Orta Asiya ölkələrinin tanınmış yazıçıları, tənqidçiləri və naşirləri daxildirlər.