MDU-da növbəti “Açıq qapı” günü keçirilib
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, hibrid formatda təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Təşkil edilmiş görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər.
Rektor imtahan sessiyasının daim diqqətdə saxlanıldığını, imtahanların obyektivliyinin və şəffaflığının təmin edildiyini vurğulayaraq, tələbə və magistrantlara uğurlar arzulayıb.
Tələbə və magistrantlar imtahanların gedişatında nümayiş olunan şəffaflıq və operativliyə görə minnətdarlıqlarını bildirib, bəzi təkliflərlə çıxış ediblər.
“Açıq qapı” günlərinin imtahan sessiyasının sonunadək keçirilməsi nəzərdə tutulur.