REGİONLAR
MDU-nun bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə ailələrində ziyarət edilib
Mingəçevir 23 may, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Ramazan bayramı münasibətilə universitetin bir qrup əməkdaşını ailələrində ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ömürlərinin böyük hissəsini MDU-nun uğurlarına sərf etmiş əməkdaşlarla görüşən HİK üzvləri onları Ramazan bayramı münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin adından təbrik ediblər.
Ramazan ayının insanları birliyə və mərhəmətə dəvət etdiyinin qeyd olunduğu görüşlərdə tezliklə qlobal pandemiyanın başa çatacağına əminlik ifadə olunub.
Ziyarət olunan MDU əməkdaşlarına cansağlığı dilənib, Ramazan ayının hər bir ailəyə bol ruzi-bərəkət gətirməsi arzulanıb.
MDU əməkdaşları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və universitetin kollektivinə təşəkkür ediblər.