Məcnun Məmmədov Lerikdə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 30 iyun, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 3-də saat 09:00-da Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinləri Lerik DAİM-ə (051-512-57-88) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:07]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:01]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [17:36]
Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO
- 07.10.2026 [15:30]