Mədəniyyət naziri Mingəçevirdə şəhid qardaşların ev-muzeyində olub
Bakı, 29 sentyabr, AZƏRTAC
Mədəniyyət naziri Adil Kərimli Mingəçevirdə mədəniyyət müəssisələrinə baxış keçirdikdən sonra tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşlarının ev-muzeyində olub.
Bu barədə Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib.
Qeyd olunub ki, şəhid qardaşların anası Sevinc Əhmədova oğlanlarının döyüş yolu, həmçinin muzeydə saxlanılan eksponatlar barədə qonaqlara ətraflı məlumat verib.