Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT NAZİRİ POLAD BÜLBÜLOĞLUNUN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar, musiqisevərlər!

Bu gün biz görkəmli Azərbaycan nəğməkarı, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Rəşid Behbudovun 90 illik yubileyini qeyd edirik.

Əsil müğənni və sənətkar ömrü yaşamış, öz yaradıcılığı ilə mədəniyyət tariximizin parlaq şəxsiyyətlərindən biri olan, görkəmli səhnə ustası və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə zəngin bir irs qoyub getmişdir.

Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə anadan olmuşdur. İfaçılıq fəaliyyətinə elə bu şəhərdə başlayan gənc müğənni sonralar uğurlu çıxışları ilə Cənubi Qafqaz respublikalarının estrada səhnələrində tanınmış, şöhrət qazanmışdır. 1946-56-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

1966-cı ildə isə dünyada məşhur olan Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış, ömrünün sonuna kimi bu kollektivə rəhbərlik etmişdir.

Sənətkar ömrünün qısa tarixçəsi budur. Lakin bu faktların arxasından böyük bir musiqi səltənəti boylanır. O səltənət ki, Azərbaycan adlı ulu bir məmləkəti dünyaya tanıtmış, milli musiqimizin təbliğatçısı simvoluna çevrilmişdir.

Rəşid Behbudovun yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin və ifasının sehri, zəngin yaradıcılığı unudulmaz sənət abidəsinə çevrilərək qəlblərə hakim kəsilmişdir.

Professional musiqi sənətimizin banisi dahi Üzeyir bəy Hacıbəyov Azərbaycan ifaçılıq sənətinin inkişafını istedadlı müğənnilərin, ayrı-ayrı ifaçıların adı ilə bağlayırdı. O deyirdi: “Yüksək bədii sənət yalnız o zaman ümumxalq malı ola bilər ki, bu sənətin ən gözəl və ən istedadlı ifaçıları olsun. İstedadlı ifaçılar olmadan, milli sənətin təmtəraqlı inkişafı da ola bilməz”.

Xalq mahnılarımızı, eyni zamanda, bəstəkarlarımızın lirik mahnılarını, romanslarını ustalıqla ifa edən sənətkarlar arasında öz səsi, öz nəfəsi ilə seçilən, bənzərsiz istedadı ilə böyük şöhrət qazanmış unudulmaz Rəşid Behbudovun səsi də, oxuduğu mahnılar da sözün həqiqi mənasında insanı yüksəldir, ucaldır, onda təmiz və saf hisslər yaradır.

Xalq musiqisinə hörmət və məhəbbət ruhunda tərbiyə almış Rəşid Behbudov professional sənətin zirvələrinə qədər ucalmış, Azərbaycanın ən tanınmış və ən qüdrətli sənətkarları sırasında layiqli yer tutmuşdur.

Sənətə vurğunluğu, qüdrətli səsi, təkrarolunmaz səs tembri, dərin musiqi duyumu, yüksək səhnə mədəniyyəti onu Azərbaycan estrada ifaçılığı sənətinin bir növ rəmzinə çevirmişdir.

Yaxşı xatirimdədir, hələ 2001-ci il oktyabr ayının 16-da, hazırda böyük öndərimizin adını daşıyan bu möhtəşəm sarayda Rəşid Behbudovun 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilərkən, ümummilli liderimiz Heydər Əliyev ölməz sənətkar haqqında çox tutarlı və yüksək fikirlər söyləmişdir. Heydər Əliyev demişdir: “Rəşid Behbudov nadir bir insandır, nadir şəxsiyyətdir. Azərbaycan mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır.

Rəşid Behbudov öz təkraredilməz, məlahətli səsi ilə, xarici görünüşü ilə, artistlik istedadıyla böyük musiqiçi və gözəl müğənni idi.

O, özünəməxsus ustalığı ilə həm müasir estrada mahnılarını çox gözəl ifa edirdi, həm də Azərbaycan musiqi folklorundan, xalq musiqisindən nadir mahnıları götürüb onları yenidən işləyir və müasir, yüksək estrada nümunəsi səviyyəsinə qaldırırdı.

Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir.

Hesab edirəm ki, XX əsrdə Azərbaycan mədəniyyətinin inkişaf etməsində onun nə qədər böyük xidmətləri olduğu zaman keçdikcə daha da dərindən dərk olunacaq”.

Heydər Əliyevin böyük sənətkar haqqında dediyi fikirlər nə qədər dəyərli, nə qədər dəqiqdir.

Rəşid Behbudovun ürəkləri fəth edən sənəti hər yerdə müğənniyə sevgi gətirirdi. Onun ifasında yüksək professionallıq diqqəti çəkirdi. Səsinin qeyri-adi möcüzəsi xalqımızın böyük mənəvi sərvətinə çevrilmişdi.

Bu səs haraları dolaşmamışdı: uzaq dağ kəndlərimizi, bərəkətli tarlalarımızı, dünyanın ən böyük konsert salonlarını. O, Azərbaycanın adını yaxın-uzaq ölkələrdə tanıtdırmış, musiqimizi planetin ən müxtəlif nöqtələrində dinləyicilərə çatdırmaqla ölkəmizə hər yerdə hörmət və sevgi qazandırmışdır.

Rəşid Behbudov təkrarsız ifası, qəlbləri ovsunlayan səs tembri, sənətə olan sonsuz sevgisi ilə ölümsüzlük qazanmışdır. Onun ifasında hisslərin təbiiliyi və dolğunluğu, səmimilik aydın duyulur. Müstəsna dərəcədə gözəl səsə malik olan Rəşid Behbudov ifa etdiyi nəğmələrin mətni, melodiyası üzərində dərindən düşünüb işləməyi çox sevirdi. Bütün bunlar gənc bəstəkar və ifaçılarımız üçün əsil nümunə idi.

Onun səsindən, sənətindən bəhrələnən istedadlı müğənnilər nəsli yetişmişdir. O, bilavasitə ali musiqi məktəblərində dərs deməsə də, müğənninin yaradıcılığı böyük bir məktəb səviyyəsinə qalxmışdır. Gənclər uzun illər boyu onun sonsuz məhəbbətlə yaratdığı və rəhbərlik etdiyi Mahnı Teatrında işləmək üçün çalışır və onun məşqlərində olmaqdan böyük zövq duyurdular. Hər müğənniyə nəsib olmayan səhnə mədəniyyətini, tamaşaçılarla ünsiyyət yaratmaq bacarığını sanki ilahi özü ona anadangəlmə vermişdi.

Bəstəkarlarımızın əksəriyyəti çalışırdı ki, onların yeni mahnılarının ifaçısı Rəşid Behbudov olsun. Bu da təbii idi.

Biz Rəşid Behbudovla Tofiq Quliyevin dostluğunu, yaradıcılıq münasibətlərini çox yaxşı xatırlayırıq. Bu dostluğun nəticəsi olaraq, onlar xalqımıza nə qədər gözəl mahnılar bəxş etdilər. “Bəxtiyar” filmində görkəmli müğənninin yaratdığı obraz nə qədər yaddaqalandırsa, bu filmdə oxuduğu mahnılar bir o qədər sevimli və unudulmazdır. Təsadüfi deyil ki, bu mahnılar indi də tamaşaçı-dinləyicilər tərəfindən razılıqla qarşılanır, xalq mahnıları kimi nəsildən-nəslə keçərək yaddan çıxmır.

Musiqiçi kimi mən cəsarətlə deyə bilərəm ki, bir çox bəstəkar mahnılarına ikinci həyat verən və onları xalqın malı edən məhz Rəşid Behbudov olmuşdur.

Xalq mahnıları ifaçılığı, bu mahnıları - milli musiqimizin kökünü təbliğ etmək müğənninin əsas yaradıcılıq məqsədi idi. Lakin Rəşid Behbudov eyni zamanda milli opera və operettada unudulmaz obrazlar da yaratdı. Oxuduğu partiyalar - Balaş, Əsgər - professional vokal sənətimizin bariz nümunələridir. Rəşid Behbudovun ifasında bu rollar, habelə “Sənə də qalmaz”, “Üzüyümün qaşı”, “Ana”, “Lalələr”, “Qalalı”, “Ağacda leylək” və onlarca başqa mahnı xalqın yaddaşına elə həkk olunub ki, artıq yeni nəsil də bu ecazkar səsin yaratdığı sənət möcüzələrini dinləməkdən doymur.

Hələ gənclik illərində Rəşid Behbudovun yaratdığı kino obrazları yalnız onun səsinə görə deyil, həm də yüksək ifaçılıq bacarığına görə neçə-neçə kinorejissorun diqqətini cəlb etmişdi. Bu rollar indi kino sənətimizin şanlı səhifələrinə çevrilmişdir.

Tamaşaçılar Rəşid Behbudovun kino yaradıcılığı ilə ilk dəfə “Arşın mal alan” filmində tanış oldular. Bu film Azərbaycan mədəniyyəti tarixinin ən böyük nailiyyətlərindən biridir. Məhz ən yüksək sənət keyfiyyətlərinə görə “Arşın mal alan” filmi uzun illərdir yaşayır.

Heydər Əliyev bu film barədə deyirdi: “Arşın mal alan” filmi Azərbaycanda tarixi bir hadisə kimi meydana çıxdı… Mənim yaxşı xatirimdədir, o illər Leninqradda oxuyurdum. Orada “Arşın mal alan” filmi o qədər böyük müvəffəqiyyətlə gedirdi ki, insanlar o filmə bir daha baxmaq istəyirdilər. Rəşid Behbudovun o filmdə oxuduğu mahnıları insanlar gözəl bir musiqi kimi qəbul etmişdilər və çox yerlərdə oxuyurdular. Bu, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, mahnısını ilk dəfə dünyaya tanıdan bir əsər oldu”.

Rəşid Behbudov sonralar daha üç filmdə – “Bəxtiyar”, “Min birinci qastrol” və “Doğma xalqa” filmlərində çəkilərək, bu sahədə də böyük uğurlar qazanmışdır.

Azərbaycan musiqi sənətində Fikrət Əmirovun “Sevil” operası ayrıca bir səhifə təşkil edir. Əslində, “Sevil” pyesi bizim yaddaşımızda Cəfər Cabbarlının dram əsəri kimi qalmışdı. Amma unudulmaz Fikrət Əmirov ona ikinci səhnə həyatı verdi. Rəşid Behbudov bu operada ifa etdiyi Balaş obrazı ilə özünün yaradıcılıq diapazonunun nə qədər geniş olduğunu bir daha sübut etdi.

Heydər Əliyev “Sevil” operasının ilk tamaşasını xatırlayaraq deyirdi: “1953-cü ildə bizim opera və balet teatrında “Sevil” operasının premyerası idi. Təbii ki, mən də orada idim. Fikrət Əmirovun yazdığı “Sevil” operası çox böyük təsir bağışladı. Onu da demək istəyirəm ki, Üzeyir Hacıbəyovun yazdığı “Koroğlu” operasından sonra Azərbaycanda opera janrında müxtəlif əsərlər yaranıbdır. Amma “Koroğlu”dan sonra “Sevil” operası qədər çox dəyərli, yüksək musiqiyə, professional musiqiyə malik olan opera olmamışdır.

Rəşid Behbudov orada Balaş rolunu çox məharətlə ifa edirdi. “Sevil” operası o vaxt çox böyük əks-səda yaratdı və uzun müddət də səhnədə idi. Son vaxtlar da səhnədə olmuşdur”.

Rəşid Behbudov bir sənətkar kimi özünə və onunla çalışan bütün yaradıcı insanlara qarşı çox tələbkar idi. Oxuyacağı ən kiçik mahnıya son dərəcə ciddi yanaşır, onu hərtərəfli, dərindən öyrənir, bütün incəliyinə qədər mənimsəyib özününkünə çevirirdi. Mahnı tam hazır olmasaydı o, heç vaxt bu mahnını nə açıq konsertlərdə oxuyar, nə də lentə yazdırardı.

Rəşid Behbudovun danışıq tembrinin özündə bir musiqi vardı. O lirik-tenor səsini ustalıqla idarə edən yüksək mədəniyyətli bir sənətkar idi. Buna görə də dinləyici onun ifaçılıq sənətinin gücünə inanırdı.

Dinləyicilər böyük bəstəkarımız Cahangir Cahangirovun məşhur “Ana” mahnısını hər dəfə onun ifasında eşidəndə qəribə hisslər keçirirlər. Bu təsirli və unudulmaz ifa yalnız Rəşid Behbudov kimi böyük sənətkara məxsus ola bilər. Müğənni böyük ustalıqla oxuduğu bu mahnı ilə daha bir yaradıcılıq zirvəsini fəth etmişdir.

Artıq 40 ilə yaxın ömür yaşayan Dövlət Mahnı Teatrı Rəşid Behbudov sənətinin böyük bir mərhələsini təşkil edir. Mahnı teatrı yaranana qədər o zamankı SSRİ məkanında belə bir kollektiv yox idi. Bu teatr analoqu olmayan bir sənət ocağı idi. Rəşid Behbudov Mahnı Teatrını yaradarkən oxuduğu mahnıları həm də göstərmək niyyətini qarşısına məqsəd qoymuşdu və buna böyük uğurla nail olurdu. Mahnı Teatrının o zamankı çıxışları hamımızın yaxşı yadındadır.

O, Dövlət Mahnı Teatrında hazırlanmış və bu gün də şirin bir xatirəyə dönən “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” proqramı ilə dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə çıxdı. Böyük sənətkar canı qədər sevdiyi yurdunu dünyaya tanıtmaqla bərabər, onun musiqi sənətinin gücünü və qüdrətini də hər qitədə, hər kəsə göstərdi. O, Avropadan tutmuş Afrikaya qədər, Şərqdən tutmuş Qərbə qədər bütün dünyanı gəzdi.

Rəşid Behbudov bu barədə belə deyirdi: “Mən səhnəyə el nəğmələriylə gəlmişəm. Azərbaycan xalqının toyunun, şənliyinin bəzəyi olan, yorğunluğunu çıxaran, işini avand eləyən mahnılarla gəlmişəm. Sonra həmin mahnılarla birgə dünyanı dolaşmışam. Harada olmuşamsa, orada Azərbaycan mahnılarının əks-sədasını qoyub gəlmişəm”.

Onun böyük ürəyi, böyük məhəbbəti və böyük mədəniyyəti səhnədə və həyatda bir-birini tamamlayırdı. Mənə elə gəlir ki, müğənninin bütün bu gözəl keyfiyyətləri də indiki ifaçılarımıza əsil örnək olmalıdır.

Böyük sənətkarın sənəti və istedadı ibrətli bir dayağa söykənirdi - sadəliyin böyüklüyünə.

Rəşid Behbudov uzun illər Azərbaycanın Ali Sovetinə deputat seçildi. SSRİ kimi böyük bir dövlətin ali qanunvericilik orqanında - SSRİ Ali Sovetində üç çağırışda Azərbaycan xalqını təmsil etdi. SSRİ-nin ən yüksək fəxri adlarını qazandı. Ən yüksək ordenlərə layiq görüldü. Xarici dövlətlərin yüksək mükafatları ilə təltif olundu. Lakin artistlik vəzifəsi onun üçün ən şərəfli vəzifə olaraq qaldı.

Bəli, Rəşid əmi belə bir insan, belə bir sənətkar idi. Mən bu gün bu yüksək kürsüdən tam əminliklə deyirəm: Nə qədər ki, sənətə, sənətkara qiymət verən Azərbaycan xalqı yaşayır, Rəşid Behbudov sənəti də yaşayacaqdır.

Biz böyük müğənnini həmişə yad edəcək, onun xatirəsini həmişə əziz tutacağıq.

Rəşid Behbudov sənəti unudulmazdır, əbədidir.

Bütün yaradıcı ömrünü xalqa bağlayan sənətkar, xalqın qəlbində əbədi yaşayacaqdır!

X X X

Sonra musiqili-ədəbi kompozisiya göstərildi. Ölməz sənətkarın opera, operetta, kinofilmlərdə, ölkəmizin və dünyanın müxtəlif guşələrində eyni ustalıqla, məharətlə ifa etdiyi ariyalar, Azərbaycan xalq və bəstəkar mahnıları səsləndirildi.

Xalq artisti İlhamə Quliyeva, əməkdar artistlər Faiq Ağayev, Gülyaz və Gülyanaq Məmmədovalar, Aygün Bəylər, Bilal Əliyev və başqaları Rəşid Behbudovun bənzərsiz ifası ilə öz möhürünü vurduğu mahnıları təqdim etdilər. Musiqi və rəqs kollektivlərinin çıxışları da maraqla qarşılandı.

Konsert proqramı ölməz sənətkarın 2001-ci ildə keçirilən 85 illik yubiley mərasimində ümummilli liderimiz Heydər Əliyevin Rəşid Behbudov sənəti barədə dediyi sözlərlə başa çatdı: “Azərbaycanın böyük oğlu, dahi sənətkar Rəşid Behbudovun xatirə gecəsinin gözəl, təntənəli şəraitdə keçirilməsi qədim tarixə malik Azərbaycan xalqının nə qədər zəngin mədəniyyətə malik olduğunu və dünya mədəniyyəti xəzinəsinə necə böyük şəxsiyyətlər verdiyini nümayiş etdirir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər