Mədəniyyət və İncəsənət Universitetində magistrlərin onlayn müdafiəsi keçirilir
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) magistrlik üzrə dissertasiya işlərinin müdafiəsinə başlanılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən sərt karantin vəziyyəti ilə əlaqədar müdafiə prosesi onlayn rejimdə təşkil olunub. Dissertasiya müdafiələrinin təşkili məqsədilə 5 fakültənin hər birində ixtisaslaşdırılmış şuralar yaradılıb. Artıq bəzi fakültələrdə imtahanlar keçirilib və magistr pilləsi üzrə təhsil alan tələbələrin əksəriyyəti təhsilini müvəffəqiyyətlə başa vurub.
Ümumilikdə 50-yə qədər tələbəni əhatə edən onlayn magistr müdafiələri iyulun 29-a qədər davam edəcək.